Floridada insanlar sıx olduğu ərazidə atəş açılıb, ölənlər və yaralananlar var

Floridada insanlar sıx olduğu ərazidə atəş açılıb, ölənlər və yaralananlar var
DÜNYA
18:46 29.10.2023
177
ABŞ-nin Florida ştatının Tampa şəhərinin küçəsində Hellouin şənliyi zamanı iki qruplaşma arasında dava silahlı qarşıdurmaya çevrilərək 2 nəfərin ölümü, 18 nəfərin yaralanması ilə nəticələnib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə "Associated Press” məlumat yayıb.

Bildirilib ki, insident xeyli sayda bar və gecə klublarının yerləşdiyi küçədə baş verib. Polis açıqlayıb ki, hadisədə azı iki atıcı iştirak edib ki, onlardan biri artıq təslim olub.

Polis hadisənin səbəblərini araşdırır.
OXŞAR XƏBƏRLƏR