Dubai-ın ilk qənaətcil Flydubai aviaşirkəti dünyanın ən sürətlə inkişaf edən şəhərlərindən biri – Əhmədabada hava yolunun açımasını bəyan etdi. Bu, aviaşirkətin Hindistana sayca üçüncü hava marşrutudur.
Şirkətdən AZXEBER.COM-a verilən məlumata görə, FZ437 nömrəli reys artıq “Sardar Vallabhbhai Patel” beynəlxalq hava limanında yerə enib. Bununla belə flydubai Yaxın Şərq, Asiya, Afrika və Avropa üzrə uçuş coğrafiyasını genişləndirərək, 39-a çatdırdı.
Əhalisi təxminən 4 mln. adam təşkil edən Əhmədabad, Hindistanın əhalisinin sayına görə 7-ci şəhəridir və Qücərat ştatının mərkəzidir. Bu ştatda adambaşı ümumi daxili məhsul ölkənin orta göstəricilərini üstələyərək, 59 mlrd. ABŞ dolları təşkil edir. Şəhər, eyni zamanda, iri sənaye ocağıdır. Burada Hindistanın kimya və farmakologiya sahələrinin iki ən qabaqcıl şirkəti fəaliyyət göstərir.
Dubay-Əhmədabad reyslərinə biletlərin qiyməti, vergilər daxil olmaqla, 150 ABŞ dollarından başlayır. Biletin qiymətinə çəkisi 7 kiloya qədər olan əl yükü və noutbuk üçün kiçik çanta daxildir. 20 kiloya qədər olan baqaj yükünün qiyməti 15 ABŞ dollarından başlayır, ayaqlar üçün geniş sahəsi olan yerlərdə oturmaq üçün əlavə olaraq 27 ABŞ dolları ödəmək lazımdır.