Focus Optika, Korporativ Sosial Məsuliyyət layihəsinə start verdi

Focus Optika, Korporativ Sosial Məsuliyyət layihəsinə start verdi
SOSİAL
21:30 02.03.2019
3380
Azərbaycanın ən böyük optika mağazalar şəbəkəsi olan Focus Optika, Korporativ Sosial Məsuliyyət (KSM) layihəsinə start verdi.
 
AZXEBER.COM xəbər verir ki, başlanğıc olaraq Uşaq Sığıncağı – Reinteqrasiya Mərkəzini seçən Focus Optika, bütün lazımi avadanlıq, həkim və şirkət heyəti ilə birlikdə qeyd edilən uşaq evinə getdi. Mərkəzdə təhsil alan bütün uşaqlar göz müayinəsindən keçdi. Layihə çərçivəsində hazırlıqlar bitdikdən sonra gözündə problem olan uşaqlar optik eynəklərlə təmin ediləcək.

Focus Optika MMC-nin Satış direktoru Nahid Tağıyev başladılan bu layihənin davam edəcəyini bildirərək gələcəkdə də ehtiyacı olanların eynəklə təmin ediləcəyini qeyd etdi.
 
Layihəyə media dəstəyi verən Azxəbər İnformasiya Agentliyinə təşəkkür edən Nahid bəy, bu layihənin mediada işıqlandırılmasının digər şirkətlərə örnək olacağını bildirdi.

OXŞAR XƏBƏRLƏR