Foqts AFFA-ya minnət qoydu “Elə indi əşyalarımı toplayıb gedə bilərəm”

İDMAN
11:33 09.06.2011
1710

 

 Futbol üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Berti Foqts Türkiyə yığmasını çalışdıra biləcəyini istisna etməyib. Berti Foqts Türkiyə yığmasında Qus Hiddinkin postunu tutmağa hazır olduğunu bildirib. 

“Əgər AFFA daha mənimlə işləməyə razı olmasa onda dərhal Türkiyəyə yollanaram. Elə indi əşyalarımı toplayıb İstanbula gələ bilərəm”, - deyə Berti Foqts vurğulayıb. 

Xatırladaq ki, 2008-ci ildən yığma komandamızın baş məşqçisi postunu tutan Foqtsun müqaviləsinin müddəti noyabr ayında başa çatır. Almaniyalı baş məşqçi indiyədək öz ölkəsinin yığmasını və Küveyt, Şotlandiya, Nigeriya komandalarını da çalışdırıb.

/// anspress 

 

OXŞAR XƏBƏRLƏR