Foqtsa aftafa və tualet kağızı verən jurnalist AZXEBER.COM-a danışdı (EKSKLÜZİV)

İDMAN
19:25 05.06.2011
2039

Jurnalistlər alman məşqçiyə tualet kağızı rulonu və “aftafa kubok” hədiyyə ediblər. Berti Foqts hadisəyə sakit reaksiya verib. O bununla bağlı almaniya nüfuzlu “Bild” nəşrinə müsahibə verib. O deyib: "Artıq polisə ərizə yazmışam və vəkillərlə görüşmək fikrim var. Həyatımda hər cür hadisə baş verib, amma beləsi olmamışdı. Baş verənlər barədə danışmağa söz tapmıram".

AZXEBER.COM-un məlumatına bu xəbər Almaniya ilə yanaşı Rusiya və Türkiyə mətbuatında da öz əksini tapıb. Türkiyənin “Hürriyet” qəzeti bu xəbəri “Azerbaycan teknik direktörü saldırıya uğradı” başlığı ilə oxuculara təqdim edib. 

AZXEBER.COM portalı məsələylə bağlı “Foqts aksiyası”nda iştirak etmiş idman jurnalisti, futbolpress.az-ın baş redaktoru Elçin Cəlilov ilə əlaqə saxlayıb.

O Almaniya mətbuatında yazılanların həqiqəti əks etdirmədiyini deyib: “Türkiyə mətbuatı bu informasiyanı Almaniyanın "Bild" nəşrindən götürüb. Eyni məlumat Rusiya mediasında da yayılıb. Amma türklər demiş, biz bir neçə jurnalist, Foqtsa "saldırı" - filan etməmişik. Yarıtmaz işinə etiraz əlmaəti olaraq aftafa və tualet kağızı təqdim etmişik. 2 ildir qol vura, xal qazana bilməyən Qazaxıstana uduzan 2.5 milyonluq məşqçinin neyləyirik? O aftafa əslində futboldan başı çıxmayan, neft pullarını futbol maxinasiyasına axıdan AFFA rəhbərliyinə təqdim olunmalıydı. Foqts Qazaxıstanla oyundan əvvəl mediaya açıqlamasında deyir ki, Azərbaycan Braziliyada keçiriləcək DÇ-2014-də iştirak edəcək. Bu Azərbaycan futbolu ilə məzələnməkdir. Biz də ona indidən dünya kubokunu təqdim etdik - aftafa. Tualet kağızını isə onun burdakı 3 illik fəaliyyətinin nəticələrini silmək üçün nəzərdə tutulmuşdu. O Azərbaycan futbolunu batırıb-bulaşdırıb. Bir daha qeyd edim ki, dünya mətbuatında yayılan informasiya dezodu. Bu ideyanın, aksiyanın müəllifi olan bir neçə jurnalist artıq Türkiyə və Avropanın digər bir neçə KİV-i ilə əlaqə saxlayıb. Əminəm ki, onlar sabahdan həqiqəti yazacaqlar” deyə vurğulayıb.

Hacıbəy HEYDƏRLİ 

OXŞAR XƏBƏRLƏR