Foqtsla bağlı qərar verildi

İDMAN
12:03 18.12.2013
1145
Foqtsla bağlı qərar verildi
Azxeber.com  Apasport-a istinadən bildirir ki, futbol üzrə Azərbaycan milli komandasını da bundan sonra Berti Foqts çalışdıracaq.
Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirib. Saat 10:30-da başlayan toplantının gündəliyində duran əsas məqam Azərbaycan millisinin baş məşqçisi məsələsinin müzakirəsi olub.
Nəticədə, Berti Foqtsla yeni 2 illik müqavilə imzalanmasına qərar verilib.
Bundan başqa, UEFA yarışlarında və Topaz Premyer Liqasında iştirak üçün lisenziya almaq istəyən klublarda fiziki hazırlıq üzrə məşqçinin olmasının lisenziyalaşdırma prosesində A dərəcəli meyar kimi qəbul olunmasına da baxılıb.
Komitə üzvləri AFFA-nın təşkil etdiyi uşaq və yeniyetmə liqaları ilə bağlı yeni təkliflərin müzakirə edib, həmçinin digər məsələlərə də nəzər yetirilib.
OXŞAR XƏBƏRLƏR