Foqtsun “qələmini qırdılar”

İDMAN
00:23 30.10.2011
1869

Almaniya mətbuatı Berti Foqtsun Azərbaycan milli komandasının baş məşqçi postundan gedəcəyini yazıb.

Almaniyanın "FAZ" qəzetinin verdiyi məlumata görə, Foqts millimizlə müqaviləsini uzatmayacaq. Qəzet Foqtsun millimizin noyabr ayının 11-də Tiranada Albaniya ilə keçiriəcəyi yoldaşlıq görüşündən sonra qəti qərarınıaçıqlayacağını yazıb:

"Böyük ehtimalla Foqts Azərbaycan millisi ilə yollarını ayıracaq. Buna əsas səbəb isə yerli klubların Foqtsun tələblərinə əhəmiyyət verməməsidir.

Hər zaman yerli futbolçulara daha çox şans verilməsini və klubların tez-tez məşq keçməklə oyunlara çıxmasının tərəfdarı olan Foqtsun bu tələblərinin yerinə yetirilməməsi onun postundan ayrılmasını zəruri edir. Üstəlik Azərbaycan millisinin Ufuq Budaqdan ("Frayburq", Almaniya) başqa ölkə xaricində çıxış edən futbolçusunun olmaması da Foqtsun ayrılmasına əsas səbəblərdən sayılır.

Albaniya ilə yoldaşlıq görüşündən sonra Foqts AFFA-nın baş katibi Elxan Məmmədovla görüşəcək və çox güman ki, Azərbaycan millisindən gedəcəyini açıqlayacaq. Artıq Foqtsa iki milli komandadanda təkliflər var. Bunlardan biri Türkiyə yığmasıdır. O, bu postda Quus Hiddinki əvəzləyə bilər".

OXŞAR XƏBƏRLƏR