"Formula 1"-ə görə bağlanan yollar bu tarixdə açılacaq - RƏSMİ

"Formula 1"-ə görə bağlanan yollar bu tarixdə açılacaq - RƏSMİ
SOSİAL
15:36 26.06.2017
1018
Bakıda "Formula 1" Azərbaycan "Qran-prisi" ilə əlaqədar bağlanan mərkəzi küçələrdə bu gün axşamdan nəqliyyatın hərəkəti bərpa ediləcək.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə Dövlət Yol Polisi İdarəsindən bildirilib. Qeyd olunub ki, hazırda həmin küçələrdə quraşdırılmış avadanlıqlar yığışdırılır: "Axşam saatlarından mərkəzi küçələr nəqliyyatın hərəkəti üçün açılacaq”.
 
Qeyd edək ki, "Formula 1" yarışları ilə əlaqədar iyunun 19-dan Azadlıq meydanından başlayaraq Puşkin, Xəqani, Bülbül küçələri, Zərifə Əliyeva prospekti, Rəsul Rza küçəsi, Neftçilər prospekti, Əziz Əliyev küçəsi, Qoşa Qala qapısı-Gənclər meydanı, İstiqlaliyyət küçəsi, Niyazi küçəsi, Azneft meydanı, Neftçilər prospekti və bu istiqamətlərdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
 
apa.az
OXŞAR XƏBƏRLƏR