“Formula-1”-in keçiriləcəyi bu yollar gecə bağlanacaq - Xəbərdarlıq

“Formula-1”-in keçiriləcəyi bu yollar gecə bağlanacaq - Xəbərdarlıq
SOSİAL
21:38 09.04.2023
285
"Formula-1”-in keçiriləcəyi yollar bu gecədən bağlanacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən "Qafqazinfo"ya verilən məlumata görə "Formula-1” Azərbaycan Qran-Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda tikinti-quraşdırma işləri aparılır:

"Növbəti mərhələdə Neftçilər prospekti boyunca beton blokların quraşdırılması səbəbindən bu gecə saat 22:00-dan etibarən Azadlıq prospektinin Neftçilər prospekti ilə kəsişməsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq. DİN-in Baş Dövlət Yol Polisi İdarəsi beynəlxalq tədbirə hazırlıq ərəfəsində yollarda aparılan tikinti-quraşdırma işləri ilə əlaqədar göstərdikləri anlayışa görə hərəkət iştirakçılarına öncədən təşəkkür edir".
OXŞAR XƏBƏRLƏR