Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM

Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
SİYASƏT
16:42 25.08.2026
601
Prezident İlham Əliyev 2026-cı ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb.

AZXEBER.COM-un xəbərinə görə, Sərəncamla müəyyən edilib ki, 2026-cı ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn və bu Sərəncamın 2-ci hissəsində qeyd edilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2026-cı il avqustun 25-dən sentyabrın 30-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.

Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilir:

- Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan "Formula One Management Limited” Şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya akkreditasiyadan keçməni təsdiq edən digər sənəd;

- Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı;

- 2026-cı ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışına bilet, o cümlədən elektron bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.

Sərəncama görə, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 2026-cı ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə "Formula One Management Limited” Şirkətinə, Beynəlxalq Avtomobil Federasiyasına, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat verməli, 2026-cı ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin "ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın Nazirliyin, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etməli, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə 2026-cı ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat verməlidir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq öldü
10:40 11.10.2026
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq öldü
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
10:17 11.10.2026
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
10:13 11.10.2026
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
Azərbaycanlı gənc Polşada vəfat etdi
10:09 11.10.2026
Azərbaycanlı gənc Polşada vəfat etdi
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
09:49 11.10.2026
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
09:40 11.10.2026
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
09:32 11.10.2026
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
Premyer Liqa: “Qarabağ” “İmişli”yə, “Turan Tovuz” “Şəfa”ya qarşı
09:24 11.10.2026
Premyer Liqa: “Qarabağ” “İmişli”yə, “Turan Tovuz” “Şəfa”ya qarşı
Tramp İranı “çox pis ölkə” adlandırıb
09:20 11.10.2026
Tramp İranı “çox pis ölkə” adlandırıb
Şəmkirdə gənc oğlan qardaşı tərəfindən bıçaqlandı
09:16 11.10.2026
Şəmkirdə gənc oğlan qardaşı tərəfindən bıçaqlandı
"İnter Mayami" MLS-də "Di Si Yunayted"ə qalib gəlib, Messi dubl edib
09:10 11.10.2026
"İnter Mayami" MLS-də "Di Si Yunayted"ə qalib gəlib, Messi dubl edib
Tramp və Netanyahu İranla bağlı mümkün hücumu müzakirə ediblər
09:06 11.10.2026
Tramp və Netanyahu İranla bağlı mümkün hücumu müzakirə ediblər
ABŞ Konqresində Rusiya neftinin alınmasının qadağan edilməsi üçün qanun layihəsi hazırlanır
09:00 11.10.2026
ABŞ Konqresində Rusiya neftinin alınmasının qadağan edilməsi üçün qanun layihəsi hazırlanır
İranda daşqınlar nəticəsində bir nəfər ölüb, iki nəfər itkin düşüb
08:52 11.10.2026
İranda daşqınlar nəticəsində bir nəfər ölüb, iki nəfər itkin düşüb
BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pislədi
08:43 11.10.2026
BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pislədi
Honq-Konqda meymun çiçəyi xəstəliyinə yoluxma halları artıb
08:36 11.10.2026
Honq-Konqda meymun çiçəyi xəstəliyinə yoluxma halları artıb