"Formula-1" üzrə Azərbaycan Qran-prisi təxirə salınıb.
AZXEBER.COM Apasport.az-a istinadla xəbər verir ki, bu barədə yarış təşkilatçısının rəsmi tvitter səhifəsində paylaşım edilib.
Bildirilir ki, iyun ayında baş tutmalı olan Azərbaycan Qran-prisi keçirilməyəcək. Buna səbəb koronavirus pandemiyasının bütün dünyada sürətlə yayılmasıdır.