“Formula-1” üzrə Azərbaycan Qran-prisində istifadə olunan əmlaka zərər yetirilib

“Formula-1” üzrə Azərbaycan Qran-prisində istifadə olunan əmlaka zərər yetirilib
İDMAN
14:15 03.05.2018
3921
"Formula-1” üzrə Azərbaycan Qran-prisini təşkil edən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) əmlakına zərər yetirilib.
 
Bu barədə "Report”a BŞH-dən məlumat verilib.  Bildirilir ki, quruma məxsus əmlaka hər hansı formada zərər vermək və ya ona sahib olmağa cəhd etmək qanunla qadağandır. Buna əməl etməyənlər barəsində müvafiq tədbirlər görüləcək: "Hazırda söküntü işlərini sürətlə davam etdiririk və bu prosesdə üzləşdiyimiz bəzi məqamlar bizi ciddi narahat etməkdədir. Yarış məkanına aid bütün tikililər və küçələrin ətrafına quraşdırılmış avadanlıqlar BŞH-nin şəxsi mülkiyyətindədir. Bu əmlaka hansısa formada zərər vermək və ya ona sahib olmağa cəhd etmək qanununla qadağandır. Buna əməl etməyənlər barəsində müvafiq tədbirlər görüləcək”. Qeyd edək ki, 27 – 29 apreldə keçirilmiş Azərbaycan Qran-prisinin qalibi "Mercedes” komandasının pilotu Lüis Hemilton olub.

OXŞAR XƏBƏRLƏR