“Formula-1” yarışlarına 5 min dollarlıq biletləri kim alıb?

“Formula-1” yarışlarına 5 min dollarlıq biletləri kim alıb?
SOSİAL
12:14 10.06.2016
3482
“Ümumilikdə, 37 ölkədən bilet alınıb”.
Yarış üçün şəhər halqası 6 kilometrdir. Halqa mərkəzi küçələri əhatə edir. İnsanların həyatına mane olmamaq üçün son işlər iyunun 14-də, yollar bağlandıqdan sonra həyata keçiriləcək.
Ümumilikdə, 9 tribuna var. Ən böyük tribuna Abşeron tribunasıdır, məhz bu tribuna pit binası ilə üzbəüz yerləşir. İşlərin 95 faizi yekunlaşıb.
Bunu Trend-ə müsahibəsində Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.
Onun sözlərinə görə, yarışa maraq böyükdür:
“Formula-1” yarışında azarkeş kütləsi böyükdür. “Formula-1” bu mövsümdə 21 ölkədə keçirilir. Bilet satışına dekabr ayından başlamışıq. Biletlerin 50 faizini xarici vətəndaşlar, qalan 50 faizini isə Azərbaycan vətəndaşları alıb. İlk biletimiz ABŞ-dan alınıb.
Son həftələr Azərbaycan vətəndaşlarının yarışa marağı artıb. Əsas bilet alan ölkələr arasında Rusiya, Böyük Britaniya, Ukrayna, Avropa və ərəb ölkələrinin adlarını çəkmək olar. Ümumilikdə, 37 ölkədən bilet alınıb. Kifayət qədər bilet alınıb. Elə tribunalar və mehmanxanalar var ki, artıq tam dolub. Hesab edirik ki, yaxın günlərdə biletlərin hamısı tam alınacaq”.
N.Arpadarai vurğulayıb ki, yarış üçün biletin qiyməti 30 dollardan 600 dollar civarındadır.
“Paddock-club” (VİP yerlər) üçün biletin qiyməti 5 min dollaradək olub:
“Bu yeri “Formula-1”in təşkilatçıları satır. 5 min dollarlıq bilet satışı kifayət qədər olub. Həm xarici, həm də Azərbaycan vətəndaşları olub. “Paddock-club” çox sevilən məkandır. Orada şirkətlər biznes danışıqları da aparırlar. 3 günlük bilet alan şəxs iyunun 16-dan “Formula-1” şəhərciyinə daxil ola biləcək. Həmin şəhərcikdə xüsusi əyləncələr olacaq. Pilotlardan avtoqraf götürə biləcəklər, kartinqlər olacaq. Bilet çərçivəsində Bakıda keçiriləcək 3 dünya ulduzunun konsertinə baxa biləcəklər”.
N.Arpadarai qeyd edib “Formula-1” yarışması miqyasına və TV auditoriyasına görə, Yay Olimpiya Oyunları və Futbol üzrə dünya çempionatından sonra üçüncü
“Lakin “Formula-1”in özəlliyi odur ki, hər il keçirilir. Hər il yarım milyard insan “Formala-1”i izləyir”.
Onun sözlərinə görə, “Formula-1” yarışmasının Bakıda keçirilməsi Azərbaycan üçün təbliğat baxımdan çox gözəl fürsətdir: “Canlı yayımda Bakının mərkəzi küçələri göstəriləcək.
Bu yarış Azərbaycanın təbliğatı baxımından çox gözəl fürsətdir. Dünyanın ən mötəbər kanallarında Bakı canlı göstəriləcək. Bizim model Sinqapur modelidir. Sinqapurda 8 ildir ki bu yarış keçirilir.
Biz görürük ki, Sinqapurda sırf biznes modelidir. Yarış olan ərəfədə ölkədə iqtisadi cəhətdən çox böyük canlanma olur. Bakı da həmin modeli seçib.
Dünyanının ən böyük brendləri “Formula-1”in baş sponsorlarıdır. Onların nümayəndələri Bakıya gələcəklər. Bu da Bakıya investisiya axını deməkdir. Bu, Azərbaycana iqtisadi və siyasi cəhətdən çox böyük töhfə olacaq”.
N.Arpadarai daha sonra qeyd edib ki, “Formula-1” yarışı zamanı bütün təhlükəsizlik tədbirləri görüləcək:
“Təhlükəsizlik məsələləri bütün güc strukturları ilə birgə işlənilir. 5 min nəfər könüllü, 1300 nəfər marşal, 300-ə yaxın da komitənin işçisi və digər dövlət qurumlarının canlı qüvvəsi “Formula-1”in işinə cəlb olunub”.
O qeyd edib ki, bu mövsümdə iştirak edən bütün məşhur pilotların hamısı Bakı yarışında da olacaq:
“Pilotlar martdan noyabradək 21 ölkədə yarışmada iştirak edirlər. Təxminən hər 10 gündən bir hansısa ölkədə olurlar. Həftəsonu Kanada Qran-prisindən sonra birbaşa Bakıya dönəcəklər.
Yarışmanın səhəri günü isə Bakını tərk edəcəklər. Ona görə də məhz pilotlar üçün xüsusi proqram təşkil etmək mümkünsüzdür. Ancaq yarış zamanı Azərbaycanın təbliği üçün çadırlar qurulacaq”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Sputnik-Azərbaycan" işinə görə beş nəfər polis nəzarətinə verilib
20:21 03.07.2025
"Sputnik-Azərbaycan" işinə görə beş nəfər polis nəzarətinə verilib
İlham Əliyev: “Böyük Qayıdış” Proqramını həyata keçirdiyimiz bir vaxtda qardaş ölkələrin köməyi xüsusilə dəyərlidir
20:12 03.07.2025
İlham Əliyev: “Böyük Qayıdış” Proqramını həyata keçirdiyimiz bir vaxtda qardaş ölkələrin köməyi xüsusilə dəyərlidir
Qeyri-sabit hava iyulun 7-dək davam edəcək - FAKTİKİ HAVA
20:08 03.07.2025
Qeyri-sabit hava iyulun 7-dək davam edəcək - FAKTİKİ HAVA
Sezenin yeni çıxan albomu dünya sıralamasında
19:59 03.07.2025
Sezenin yeni çıxan albomu dünya sıralamasında
Tramp Zelenski ilə Ukraynaya silah tədarükünün dayandırılmasını müzakirə edəcək
19:42 03.07.2025
Tramp Zelenski ilə Ukraynaya silah tədarükünün dayandırılmasını müzakirə edəcək
ABŞ vətəndaşlarına çağırış etdi - İrana getməyin!
19:34 03.07.2025
ABŞ vətəndaşlarına çağırış etdi - İrana getməyin!
Onların “Spotify”dan qazandıqları 200 min dolları keçdi
19:24 03.07.2025
Onların “Spotify”dan qazandıqları 200 min dolları keçdi
İtaliya müdafiə naziri: Rusiya növbəti 5 ildə NATO üçün təhdid yarada bilər
19:09 03.07.2025
İtaliya müdafiə naziri: Rusiya növbəti 5 ildə NATO üçün təhdid yarada bilər
İyulun bu tarixlərində sutka 24 saatdan az olacaq - DİQQƏT!
18:50 03.07.2025
İyulun bu tarixlərində sutka 24 saatdan az olacaq - DİQQƏT!
Tarix Əliyev ilk dəfə qızının anası ilə bağlı danışdı - VİDEO
18:43 03.07.2025
Tarix Əliyev ilk dəfə qızının anası ilə bağlı danışdı - VİDEO
Azərbaycanda rusdilli təhsil ləğv olunmalıdır? - VİDEOSORĞU
18:25 03.07.2025
Azərbaycanda rusdilli təhsil ləğv olunmalıdır? - VİDEOSORĞU
ABŞ-nin yeni müvəqqəti işlər vəkili bu həftə Bakıya gələcək
18:21 03.07.2025
ABŞ-nin yeni müvəqqəti işlər vəkili bu həftə Bakıya gələcək
Tacirin ev qiymətinə olan saatı - FOTO
18:10 03.07.2025
Tacirin ev qiymətinə olan saatı - FOTO
Yekaterinburqda həbs olunan daha bir azərbaycanlı məhkəmə qərarından şikayət edib
18:00 03.07.2025
Yekaterinburqda həbs olunan daha bir azərbaycanlı məhkəmə qərarından şikayət edib
Azərbaycan və Qırğızıstan prezidentləri Xıdırlı kəndinin açılışında iştirak ediblər
17:57 03.07.2025
Azərbaycan və Qırğızıstan prezidentləri Xıdırlı kəndinin açılışında iştirak ediblər
Bakıda yeni park dost ölkənin xəritəsi formasında olacaq
17:50 03.07.2025
Bakıda yeni park dost ölkənin xəritəsi formasında olacaq