“Formula 1”ə baxmaq üçün 400 manata balkon -Çay dəsgahı da var

SOSİAL
10:13 08.06.2016
10365
İndi Bakının mərkəzi yolları “Formula 1” yarışlarına görə xüsusi arakəsmələrlə əhatələnir. Minik maşınlarının, avtobusların şütüdüyü bu yollar iyunun 17-də yerini peşəkar “Formula 1” pilotlarına verəcək.
Şəhərdə ilk dəfə keçiriləcək bu dəbdəbəli yarışlara qızğın hazırlıq işləri gedir.
“Formula 1”-ə təkcə yarış təşkilatçıları hazırlaşmır. Bu yarışdan fayda götürmək istəyən Bakı sakinləri də əl-qolunu çırmalayıb.
Daha doğrusu, üzü “Formula 1” pilotlarının keçəcəyi küçələrə baxan balkonların sahibləri. May ayında gənclər və idman naziri Azad Rəhimov sakinlərəbalkonlarını kirayə verib pul qazana biləcəkləri çağırışını etdi.
Nazir dedi ki, bununla bağlı heç bir məhdudiyyət, qadağa yoxdur. Azad Rəhimov öz tamaşaçı təcrübəsini də bölüşdü: “Şəxsən mən Monakoda “Formula 1” Avropa Qran-prisini balkondan izləmişəm”.
Əvvəl 30-40 dollara, indi 300-400 manata
Nazirin bu çıxışından sonra sosial şəbəkələrdə əvvəlcə zarafatla, sonra isə ciddi şəkildə balkonların kirayə verilməsi ilə bağı elanlar görünməyə başladı. O zaman elan sahibləri balkonlarını 30-50 dollara kirayə verdiklərini yazırdılar.
Ancaq indi bəlli olur ki, qiymətlər 300-400 manat arasında dəyişir. Balkon sahibləri çəkilişə razılıq vermirlər. Deyirlər ki, çox da nazir qadağanın olmadığını deyir, bir də gördün, gəlib vergi tələb elədilər.
Şəhərin mərkəzindəki “pub”lardan birində pivə içən bu dörd nəfərin evi yarışların keçiriləcəyi küçənin bir addımlığındadır. Ancaq həyət evlərində yaşadıqlarından balkonları yoxdur.
Bircə Vahid Vəliyevin bəxti gətirib. Evinin balkonunu kirayə vermək istəyir. Deyir ki, elan qəzetlərinə, ya da gənclər kimi sosial şəbəkələrə üz tutmur. Balkona müştəri axtardığını dost-tanışa söyləyib:
“300 manata vermək istəyirəm. Çay, konfet də olacaq. Gələr, oturar, baxar gedər, mən də pulumu qazanaram”.
Vahid söyləyir ki, müştəri ikinci gün də balkonu kirayə götürmək istəsə, endirim də edər.
Balkon ideyası maraqlı görünür
Yarışlara biletlərin qiyməti 120 – 472 dollar arasındadır. Bakı sakinləri biletlərin baha satıldığını söyləyir və bu səbəbdən balkon ideyasının onlara maraqlı gəldiyini deyirlər:
Bakı sakinləri Formula-1 yarışına münasibətini bildirir
– Çox bahadır. Bizim millətin heç bu yarışa ehtiyacı da yox idi. Yəqin özlərini kiməsə göstərmək istəyirlər.
– Balkon maraqlı ideyadır. Yuxarıdan baxmaq yaxşı olar.
– Biletlər çox bahadır, dəyməz o qiymətə. Balkondan baxmağa gəldikdə, pis olmaz.
– Məncə, köhnə adamlar balkonunu kirayə verməz. Ancaq pis fikir deyil.
– Artıq pulun kimə ziyanı var? Kimin imkanı var, versin. Şəxsən məndə balkon olsaydı, verərdim.
Sosial şəbəkələrdə təkcə balkon məsələsi deyil, biletlərin qiyməti də çox dartışılır.
Vüqar Babanlı adlı istifadəçi yazır ki, “Çox bahadır, camaatın bir aylıq maaşıdır”.
Rauf Əliyev sual edir: “Görəsən, o qiymətə Türkiyədə istirahət var?”
Hikmət Əliyev “ən yaxşısı, 2 manat pivəyə verib içə-içə televizorda baxmaqdır” təklifini irəli sürür.
Zaur İsayev “görəsən, binamızı necə Neftçilər prospektinə yerləşdirə bilərəm?” deyə sual edir.
İlqar İbrahimov isə yazır: “Televizorda baxarıq, havayı. 390 manat verib bilet alanlar isə yalnız vızz eləyib keçən maşınları görəcək...”
Bakı Şəhər Halqası: “Normal qiymətdir”
Yarışın təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai biletin baha olmadığını bildirir. Çünki bu biletlə “Formula 1” çərçivəsində konsert və digər əyləncəli tədbirlərə də getmək mümkün olacaq:
“Bilet ilk baxışdan baha görünür. Lakin, əslində, normal qiymətdir. Çünki bileti əldə edən şəxs tək yarışı izləmək imkanı qazanmır. O, həm də əyləncə zonasına, xüsusi konsert proqramına giriş qazanır. Üç gün ərzində oradakı proqramlara qatılır”.
Yarışa evindən baxanlar, köhnə evinə görə narahat olanlar...
Yarışların keçiriləcəyi ən maraqlı keçid Əziz Əliyev küçəsində Qala divarları yanındakı döngədir. Həmin küçədə yaşayan Ulduz Xəlilli yarışı evindən izləyə biləcəyinə görə özünü şanslı sayır:
“Burdan baxacağam. Hesablamışam, əgər saatda 300 km sürətlə gedirlərsə, 6 kilometri bir dəqiqədən bir az çox müddətə tamamlayacaqlar. Hər halda, şəhərdə ilk dəfə belə yarış keçirilir. Gələcəkdə hökumətin qüvvəsi çatsa, yəqin yeni bir trek salar, şəhərə, camaata da narahatlıq olmaz. Eşitmişəm, bilet çox bahadır, balkonunu kirayə verənlər də var. Ancaq mən heç kimə kirayə vermərəm, kim istəyər, gəlib pulsuz baxa bilər”.
Mağazasını yarışların keçiriləcəyi yoldan çox az məsafə ayıran Ədalət isə arakəsmələrin qapadılacağına təəssüflənir:
“Heç qoyarlar, kimsə pulsuz baxsın? Buraların hamısını bağlayacaqlar.”
Təşkilatçılar saatda 360 kilometrlik sürətin şəhərə heç bir ziyan vurmayacağını desə də, ərazidəki köhnə məhəllələrin sakinlərindənevlərinə görə narahatlıq keçirənlər də var. Belə evlərdən birində yaşayan Vusalə Məmmədova deyir, mayın 29-da azərbaycanlı pilot Gülhüseyn Abdullayev sınaq yürüşünə çıxanda titrəyişdən evində otura bilmirmiş:
Vusalə Məmmədova Formula-1-in onun evinə necə edəcəyindən narahatdır
“Elə uğultu vardı ki, elə bil, zəlzələ idi. O, hələ bir maşın idi. Gör bir neçə maşın keçsə, nə olacaq. Şəxsən mən evimə görə çox narahatam”.
Artıq şəhərdə oturacaqlar, səyyar ayaqyolular quraşdırlır. Yarışın təşkilatçısı Bakı Şəhər Halqasının məlumatına görə, tədbir orucluq ayına düşdüyündən tamaşaçılar üçün bulvar boyunca salınan əyləncə məkanında Ramazan çadırları da qurulacaq.
Azadliq.org

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

08:49 23.01.2022

"Şuşa" adını dəyişdirib, "Buta" etdilər - Utancverici hadisənin təfərrüatı - VİDEO

00:31 23.01.2022

Rəsmi Bakı Xankəndiyə qoşun yeridəcək: Rusiya Ermənistanın bundan xəbərdar olmasını istəyir

23:46 22.01.2022

"Tata Steel": Şəhriyar Məmmədyarov liderliyi əldən verib

23:35 22.01.2022

Azərbaycanda ana və azyaşlı övladları dəm qazından zəhərləndi - ölən var

23:25 22.01.2022

Azərbaycanlı musiqiçi intihar etdi

22:52 22.01.2022

Türkiyədə koronavirusa gündəlik yoluxma sayı 73 minə çatır

22:39 22.01.2022

60 yaşlı qadın intim hislərinə qurban getdi

22:23 22.01.2022

Bərdədə 32 yaşlı kişi güllələndi

22:15 22.01.2022

Azərbaycan Ordusunun hərbçisi həlak oldu

21:45 22.01.2022

Parça və tibbi maska Omikrondan qorumur, faydasızdır - Həkim

21:36 22.01.2022

Texnoblogerdən valideynlərə xəbərdarlıq: “Azyaşlılar bank kartlarınızla tiktokerləri “yemləyir”

21:24 22.01.2022

“Vətəndaş qəbula gəlir, baxırsan ki, ayağı yoxdur, amma..." - Əlillikdən imtina ilə bağlı suallara cavab

20:59 22.01.2022

Çin lideri Putindən Ukraynaya “hücum”u təxirə salmasını istədi

20:50 22.01.2022

Azərbaycanlı tiktokerlər arasında canlı yayımda qalmaqal - VİDEO

20:39 22.01.2022

Gözəllik salonlarında xanımlara narkotik vasitə təklif edilir? - AÇIQLAMA

20:11 22.01.2022

DİN-dən həyəcan təbili: narkotiki əvvəlcə pulsuz təklif edirlər, sonra...