"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər

"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
SOSİAL
17:28 26.08.2025
340
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin həyata keçiriləcəyi ərazilərdə müəyyən məhdudiyyətlərin tətbiqi ilə bağlı qərar veriləcəyi təqdirdə aidiyyəti üzrə ictimaiyyətə məlumat veriləcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Report"un Bakıda "Formula 1" yarışlarının keçiriləcəyi tarixlərdə orta məktəblərin fəaliyyətində məhdidiyyətlərin olub-olmayacağı ilə bağlı sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq. Həmin tarixlərin iki günü 19-20 sentyabr dərs günüdür.
OXŞAR XƏBƏRLƏR