Beynəlxalq Avtomobil Federasiyası (FIA) "Formula-1" reqlamentində 2027-ci il mövsümündən etibarən tətbiqi planlaşdırılan bir sıra dəyişiklikləri razılaşdırıb.
AZXEBER.COM bu barədə FIA-nın rəsmi saytına istinadən xəbər verir.
Əsas yeniliklərdən biri yarışların standart məsafəsinin 305 kilometrdən 290 kilometrə endirilməsi olacaq. Trasdan asılı olaraq, Qran-pri yarışları təxminən iki-üç dövrə qısa keçiriləcək. Bu dəyişiklik mühərrik reqlamentindəki yeniliklərlə əlaqədardır.
Bununla yanaşı, komissiya yağış və ya digər gözlənilməz hallar zamanı tətbiq olunan qaydaların dəyişdirilməsini də razılaşdırıb.
Start anından Qran-prinin tam başa çatmasına qədər qüvvədə olan üç saatlıq vaxt məhdudiyyəti ləğv ediləcək. Bunun əvəzinə trasdakı bütün fəaliyyətlərin başa çatdırılması üçün müəyyən vaxt limiti tətbiq olunacaq.











































