‘Forumunuzun nüfuzu durmadan yüksəlir’ – Vladimir Putinin məktubu

SİYASƏT
14:57 23.06.2014
1112

 Regionlararası əlaqələr Rusiya ilə Azərbaycanın ənənəvi dostluq və mehriban qonşuluq  münasibətlərinin əsas istiqamətlərindən biridir, yeni layihə və təşəbbüslərə təkan verir.

AZXEBER.COM-un AzərTAc-a istinadən verdiyi xəbərə görə, bu sözlər Rusiya Prezidenti Vladimir Putinin “Regionlararası əməkdaşlıq: yeni inkişaf imkanları”  mövzusunda Qəbələdə keçirilən V Azərbaycan-Rusiya  Regionlararası Forumunun iştirakçılarına təbrik məktubunda yer alıb.

Rusiya Prezidentinin müraciətində deyilir: “Əsas məsələ budur ki, bu il beş yaşı tamam olan forumunuzun nüfuzu durmadan yüksəlir, iki ölkənin  regionlarının  qarşılıqlı fəaliyyətinin bütün spektri üzrə konstruktiv dialoq üçün lazımlı məkana çevrilir”.

Məktubda vurğulanır ki, forum iki ölkənin energetika, nəqliyyat,  investisiyalar, kənd təsərrüfatı, turizm və təhsil sahələrində əməkdaşlıq potensialının gücləndirilməsi üçün əla imkandır.

 

OXŞAR XƏBƏRLƏR