FRANCE-24 Ağdam haqqında: bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar - VİDEO

FRANCE-24 Ağdam haqqında: bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar - VİDEO
20:41 28.11.2020
825
Rusiya ilə imzalanan və münaqişəyə son qoyan razılaşmaya əsasən, dekabrın 1-də Dağlıq Qarabağın erməni silahlı qüvvələri Laçın rayonunu Azərbaycana təhvil verməlidirlər. Bununla da Azərbaycan Dağlıq Qarabağı əhatə edən 7 rayonun hamısını götürmüş olacaq.

Xüsusi müxbirlərimiz Lüdoviq dö Fuko, Katrin Norestrent və Hüseyn Əsədin bu rayonlardan biri olan Ağdamdan reportajı. 

Bu şəhər o qədər dağıdılıb ki, bəzən onu "Qafqazın Xirosiması” adlandırırlar. 1980-ci illərin sonlarında 40 min əhalisi olan Ağdam bu gün "ruhlar şəhəri”dir. Dağlıq Qarabağın paytaxtı Xankəndindən yarım saatlıq məsafədə yerləşən Ağdam Azərbaycan qalası olmuşdur. Bu gün Ağdamda hələ də qalan yeganə bina bu məsciddir. Bu şəhər 30 il əvvəl Birinci Dağlıq Qarabağ müharibəsi zamanı böyük strateji əhəmiyyət daşıyırdı. Məhz buradan Azərbaycan ordusu Dağlıq Qarabağın yaxınlıqdakı dağlarında yerləşən erməni silahlı qüvvələrinin mövqelərini atəşə tuturdu. 1993-cü ildə bu şəhərin itirilməsi müharibənin dönüş nöqtəsi oldu. Məğlubiyyət sakinləri köç etmək məcburiyyətində qoydu. Bu gün məcburi köçkünlər qayıdırlar və dağılmış binaları görürlər. 

Yeni Azərbaycan Partiyasının üzvü M.Qasımov hiddətlənir: "Belə bir şəhəri bu günə salmaq olar? Bu evləri belə dağıtmaq olar? Siz bu evlərin keçmişini görsəydiniz baxardınız ki, ən müasir evlər, ən yaxşı tikilmiş evlər ancaq Ağdamda idi. Onlar bilirdilər ki, burada yaşamayacaqlar. Onların inamı yox idi ki, burada qalsınlar. Çünki mümkün deyildi qalmaqları. Ona görə də əllərinə düşən hər bir şeyi dağıdıblar”. 

Bərpa etməmişdən əvvəl təhlükəsizliyi təmin etmək lazımdır. Azərbaycan tərəfindən götürülmüş digər rayonlar kimi, Ağdam da mina ilə doludur. Hakimiyyət orqanları məsafədən idarə olunan bu minatəmizləyən robotu işə salıblar. 

ANAMA-nın əməliyyat qərargahının rəhbəri İdris İsmayılov: "4500-ə yaxın piyada əleyhinə mina, 2000-ə yaxın tank əleyhinə mina, 750-yə yaxın isə müxtəlif növ bombalar, aşkar edilərək zərərsizləşdirilmişdir. İnsanların geri qayıdışı 3-5 il ərzində, amma tam təmizləmək isə 10, 13, 15 il ərzində planlaşdırılır”. 

Azərbaycan işğaldan azad edilmiş ərazilərdə vurulmuş ziyanı 100 milyard dollardan çox dəyərləndirib və Ermənistan tərəfindən təzminat almaq üçün məhkəmələrə müraciət edəcək.
 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Goranboyda "Prius" aşdı
18:08 12.07.2025
Goranboyda "Prius" aşdı
Əhməd Əl Şaraa Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
17:52 12.07.2025
Əhməd Əl Şaraa Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
KİV: İsrail və Suriya Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar aparacaq
17:39 12.07.2025
KİV: İsrail və Suriya Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar aparacaq
Abbas Əraqçi: İran BAEA ilə yeni formatda əməkdaşlıq etmək niyyətindədir
17:26 12.07.2025
Abbas Əraqçi: İran BAEA ilə yeni formatda əməkdaşlıq etmək niyyətindədir
Azərbaycanda sabiq nazir vəfat etdi
17:05 12.07.2025
Azərbaycanda sabiq nazir vəfat etdi
Rusiyanın mediadan xarici siyasət təsir aləti kimi istifadə etməsi regional sabitlik üçün təhdid alətinə çevrilib - RƏY
16:59 12.07.2025
Rusiyanın mediadan xarici siyasət təsir aləti kimi istifadə etməsi regional sabitlik üçün təhdid alətinə çevrilib - RƏY
“Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan danışmağa mənəvi haqqı yoxdur” - Hacıbəy Heydərli
16:29 12.07.2025
“Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan danışmağa mənəvi haqqı yoxdur” - Hacıbəy Heydərli
Sahib Alıyev: "Sputnik Azərbaycan"ın həbs olunan rəhbərlərinin jurnalistikaya heç bir aidiyyəti yoxdur
16:17 12.07.2025
Sahib Alıyev: "Sputnik Azərbaycan"ın həbs olunan rəhbərlərinin jurnalistikaya heç bir aidiyyəti yoxdur
Şəhid polkovnik Raquf Orucovun doğum günüdür
15:52 12.07.2025
Şəhid polkovnik Raquf Orucovun doğum günüdür
İsmayıllıda 40 yaşlı qadın itkin düşdü
15:41 12.07.2025
İsmayıllıda 40 yaşlı qadın itkin düşdü
Azərbaycan qazı Suriyaya ixrac ediləcək
15:36 12.07.2025
Azərbaycan qazı Suriyaya ixrac ediləcək
Aktauda yeni "Seebreze" açılacaq?
15:11 12.07.2025
Aktauda yeni "Seebreze" açılacaq?
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
14:42 12.07.2025
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
14:37 12.07.2025
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
14:28 12.07.2025
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
14:10 12.07.2025
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub