Fransa-Azərbaycan oyununun hakimləri açıqlandı

Fransa-Azərbaycan oyununun hakimləri açıqlandı
İDMAN
17:12 08.10.2025
254
Azərbaycan milli komandasının oktyabrın 10-da Fransa yığması ilə Parisdə keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununun hakim təyinatları açıqlanıb.

AZXEBER.COM AFFA-nın saytına istinadən xəbər verir ki, "Park de Prens” stadionunda təşkil olunacaq görüşü Norveçdən olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Rohit Saqqi olacaq. Ona yan xətdə Yorgen Ronninq Valstadsve və Ole Andreas Haukasen kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Daniel Higraff yerinə yetirəcək. VAR-da Tom Harald Hagen, AVAR-da Siqurd Krinqstad olacaq.
OXŞAR XƏBƏRLƏR