Fransa daha bir ölkə ilə hərbi təlim keçirdi

Fransa daha bir ölkə ilə hərbi təlim keçirdi
DÜNYA
04:48 21.11.2026
64
Fransa və İsveç noyabrın 16-dan 18-dək İsveçin şimalında hava çəkindirməsi sahəsində strateji əməkdaşlığa həsr olunmuş ilk birgə hərbi təlim keçirib.

Bu barədə Fransanın Silahlı Qüvvələr və Veteranlar Nazirliyi məlumat yayıb.

"EXCALIBUR” adlanan təlimdə Fransa "Rafale” və İsveç "Qripen” qırıcıları, həmçinin MRTT yanacaqdaşıyan təyyarəsi iştirak edib. Təlim zamanı nüvə silahından istifadə olunmayıb.

Fransa Müdafiə Nazirliyinin məlumatına görə, təlim iki ölkənin Strateji Hava Qüvvələri ilə İsveç Hərbi Hava Qüvvələri arasında qarşılıqlı fəaliyyət imkanlarını gücləndirmək, birgə əməliyyatların həyata keçirilməsi qabiliyyətini artırmaq məqsədi daşıyıb. Təlimin heç bir ölkəyə qarşı yönəlmədiyi və nüvə silahının tətbiqini nəzərdə tutmadığı bildirilib.

Qeyd edək ki, Fransa Misirlə də Aralıq dənizində "Kleopatra 2026” adlı birgə hərbi-dəniz təliminə başlayıb.

///axar.az
OXŞAR XƏBƏRLƏR