Fransa döyüş təyyarələrini Ukraynaya tədarük edəcək

Fransa döyüş təyyarələrini Ukraynaya tədarük edəcək
DÜNYA
13:32 07.06.2024
153
Fransa Prezidenti Emmanuel Makron Ukraynaya dəstək vermək və minlərlə əsgərinə təlim keçmək üçün addımlar atacaqlarını bildirib.

AZXEBER.COM xəbər verir ki, Emmanuel Makron "Mirage 2000-5” qırıcılarını Kiyevə çatdıracaqlarını bildirib. 

Makron Ukrayna əsgərlərinə Fransada təlim keçəcəklərini bildirib. Rusiyanın hücumlarını davam etdirdiyi Ukrayna Paris administrasiyasından döyüş təyyarələri tədarükü ilə bağlı söz alıb.

"TF1” və "France 2” televiziyalarına müsahibə verən Makron sülh tərəfdarı olduqlarını, lakin bunun Ukraynanın təslim olması demək olmadığını bildirib. 

Makron "Mirage 2000-5” qırıcılarını Ukraynaya çatdıracaqlarını və bununla da Kiyevin müdafiəsinə töhfə verəcəklərini açıqlayıb. Bu çərçivədə 2024-cü ilin sonuna qədər təlim proqramları planlaşdırılır.

Ayşən
OXŞAR XƏBƏRLƏR