"Fransa ermənilərə yardım etməklə Azərbaycanı tamamilə itirir"

"Fransa ermənilərə yardım etməklə Azərbaycanı tamamilə itirir"
SİYASƏT
13:46 17.10.2023
143
Xəbər verdiyimiz kimi, Fransa höküməti Qarabağdan gedən erməni vətəndaşları üçün 7 milyon avro ödəmək barəsində qərar qəbul edib. Bu barədə Fransanın Ermənistandakı səfiri məlumat verib.

Səfir Olivye Dekotini bildirib ki, Fransa bundan əlavə Xankəndində yaralanan vətəndaşlar üçün də dərman yardımı göndərməyə hazırlaşır.

Fransanın Qarabağ ermənilərinə pul ayırmasının əsas məqsədini AZXEBER.COM-a şərh edən politoloq Elxan Şahinoğlu, bu addımla Fransanın Cənubi Qafqazın əsas açar dövləti olan Azərbaycanı itirib: 

"Fransa meydanda tək qaldığı üçün siyasi proseslərə mane olmaqla Azərbaycanla tək mübarizə aparmaq istəyir. Ancaq Fransa bu addımı ilə Cənubi Qafqazın əsas açar dövləti olan Azərbaycanı itirir. Makron hakimiyyətdən getdikdən sonra onu əvəz edəcək şəxs Fransanı bu yalnış addımından döndərmək məcburiyyətində qalacaq. Əks hala Fransa-Azərbaycan münasibətləri heç vaxt normallaşmayacaq.

Elxan Şahinoğlu həmçinin bildirib ki, Fransa siyasətçiləri Qarabağda olan ermənilərə yardım ayırmaqla Fransada olan erməni diasporasına xoş gəlmək istəyir: "Fransa indi də Qarabağ ermənilərinə pul yardımı ayırıb. Çünki Fransada böyük erməni diasporası var. Fransa siyasətçiləri onlara xoş gəlmək üçün Qarabağ ermənilərinə pul ayırırlar. Buna baxmayaraq Fransa öz qapılarını onlara açmır ki, Qarabağ ermənilərinin bir qismi Fransaya köçsun. Halbuki, əgər onların canı Qarabağ erməniləri üçün bu qədər yanırsa heç olmasa bir qismini Fransada qəbul edə bilərlər. Ona görə də Fransanın ermənipərəst mövqeyi heç bir nəticə vermir. Onlar bu addımı atmaqla təkcə Azərbaycanla olan münasibətləri korlayır. Fransa nə zaman Azərbaycana təzyiq etmək istəsə, uğursuzluq olur. Avropa Parlamentinin bizə qarşı qəbul etdiyi sənədlərin hüquqi qüvvəsi yoxdur.
 
Ümumiyyətlə, Yaxın Şərqdə bu hadisələr fonunda isə Qarabağ məsələsi beynəlxalq aləmdə müzakirə mövzusu da deyil. Bununla da Fransa bu məsələdə də məğlub olub".
 
Günel Hüseynli
OXŞAR XƏBƏRLƏR