"Fransa gec-tez haqq yoluna gələcək və Azərbaycana qarşı sərt davranışını dəyişəcək"

"Fransa gec-tez haqq yoluna gələcək və Azərbaycana qarşı sərt davranışını dəyişəcək"
SİYASƏT
15:33 21.11.2024
306
"Çox təəssüflər olsun ki, Fransa, Makron hökuməti ilk gündən Azərbaycana qarşı qərəzli mövqe sərgiləməkdədir, xüsusilə də 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycanın zəfər çalması, torpaqların işğaldan azam etməsi Fransa tərəfindən qəbul edilmirdi və onlar Ermənistandan çox erməni mövqeyi sərgiləyərək Azərbaycanın qazandığı bu yeni reallığı qəbul etməməklə yanaşı, dünya dövlətlərini də Azərbaycana qarşı qaldırırdı. Biz elə ötən müddət ərzində dəfələrlə Fransa, Fransa parlamenti tərəfindən, eyni zamanda Avropa parlamenti tərəfindən Azərbaycana qarşı qəbul edilmiş qərəzli qətnamələrdə və sənədlərdə Fransa əlinin olduğunu və Makronun birbaşa göstərişi və istəyi nəticəsində bu yanaşmaların reallaşdığını sübüt etmişik və bunun məncə əlavə sübuta da ehtiyacı yoxdur".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev Fransa-Azərbaycan münasibətlərindən danışarkən deyib.
 
Deputat qeyd edib ki, Fransa daha çox Azərbaycanın COP-29-a ev sahibliyi edəcəyi ilə bağlı xəbərlər yayıldıqdan sonra bu cür addımlar atır:
 
"COP-29-a Azərbaycanın ev sahibliyi edəcəyi ilə bağlı xəbərlər yayıldıqdan sonra da Makron hökuməti məhz Azərbaycanın COP-29-la bağlı həyata keçirdiyi tədbirlərə kölgə salmaq, Azərbaycanın imicinə zərbə vurmaq və Azərbaycanda baş tutmuş bu tədbirin əhəmiyyətini və Azərbaycanın oynadığı rolu azaltmaq niyyətini dəfələrlə sərgilədilər və açıq şəkildə Azərbaycana qarşı mübarizə aparmağa başladılar və çox təəssüflər olsun ki, Ermənistan-Azərbaycan münasibətləri normallaşması və biz sülhün əldə edilməsində də Fransanın maneçilik cəhdlərini dəfələrlə ifşa etmişik. Xüsusilə də Ermənistanın aktiv silahlandırılması, mən düşünürəm ki, Fransa tərəfinin aktiv silahlandırılması buna ən böyük səbəblərdən biridir.
 
Möhtərəm cənab Prezident İlham Əliyevin COP-29 çərçivəsində çıxışı zamanı Fransanın həyata keçirdiyi müstəmləkə siyasəti və ətraf mühitin çirkləndirilməsi ilə bağlı nüvə sınaqları məsələsinə toxunması çox cəsarətli və böyük iradə, güc tələb edən bir yanaşmaydı ki, Azərbaycan yalnız öz hüquqlarını, mövqeyini müdafiə etməklə, gücləndirməklə kifayətlənmir, eyni zamanda bir çox dünya liderlərinin deməyə çəkindiyi məsələləri ali tribunadan dilə gətirərək, həmin dövlətin kim olmağından, hansı gücə malik olmasından asılı olmayaraq həmin dövləti və hükuməti düz yola çağırır. Dəfələrlə biz Qoşulmama Hərəkatına Azərbaycanın sədrlik etdiyi zamanda cənab Prezidentin nitqindən buna bənzər çıxışlar, açıqlamalar və müraciətlərə şahidlik etmişik və cənab Prezidentin bu çıxışını gördüyünüz kimi, Makron hökuməti artıq həzm edə bilmir. Onlar öz etdikləri səhvi qəbul etmək, üzr istəmək, doğru yola düzəlmək əvəzinə görürsünüz ki, əfsuslar olsun ki, öz pis niyyətlərindən əl çəkməyərək Azərbaycana qarşı açıq mövqe sərgiləyirlər və Azərbaycana zərbə vurmaq istəyirlər.
 
Deputat hesab edir ki, Fransa gec-tez haqq yoluna gələcək və Azərbaycana qarşı sərt davranışını dəyişəcək:
 
"Lakin istənilən halda Azərbaycanın mövqeyi qətidir, ədalətli prinsiplər əsasındadır və Azərbaycanın mövqeyini dəstəkləyən dövlətlər, güc mərkəzləri var və Azərbaycan da qlobal məkanda söz sahibi olan dövlətlərdən biridir və cənab Prezidentin də oynadığı rol, onun sərgilədiyi uğurlu siyasət və qaldırdığı məsələlər də Azərbaycanın gücünə güc qatır. Biz inanırıq ki, Fransada haqq yoluna gələcəkdir və Fransa-Makron hökumətinin ömrü o qədər də uzun deyil. Fransada prosesləri doğru-düzgün qiymətləndirən və azacıq da olsa ədalət prizmasından məsələlərə yanaşa biləcək siyasətçilər var. Gec-tez bu siyasətçilər Makronun səhvlərini düzəldəcək və biz Fransa-Azərbaycan münasibətlərində yaxın gələcəkdə normallaşmanın şahidi ola biləcəyik".
 
Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
23:04 14.03.2026
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
22:54 14.03.2026
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
Pensiya sistemində böyük dəyişikliklər gözlənilir: Yığılan pulla ev almaq və biznes qurmaq mümkün ola bilər
22:49 14.03.2026
Pensiya sistemində böyük dəyişikliklər gözlənilir: Yığılan pulla ev almaq və biznes qurmaq mümkün ola bilər
Moskvada mobil internet kəsilib
22:24 14.03.2026
Moskvada mobil internet kəsilib