Fransa hökumətindən yeni qərar: Bu uçuşlar ləğv edildi

Fransa hökumətindən yeni qərar: Bu uçuşlar ləğv edildi
DÜNYA
10:48 24.05.2023
177
Fransada 2.5 saatdan az daxili uçuşlar qadağan edilib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ölkədə qatarla alternativi olan 2.5 saatdan az daxili uçuşlar qadağan edilib.

Qadağa 3 il müddətində qüvvədə olacaq.

Nəqliyyat naziri Klement Beaune verdiyi yazılı açıqlamada, sözügedən qərarla Nant, Bordo, Lyon və Paris-Orly arasında uçuşların qadağan edildiyini bildirib.

Beaune qeyd edib ki, bu qərar istixana qazı emissiyalarının azaldılması siyasəti üçün əsas addımdır.

Bu addımın dünyada bir ilk olduğunu bildirən fransalı nazir bunun hökumətin daha az istixana qazı buraxan nəqliyyat növlərini təşviq etmək siyasəti ilə üst-üstə düşdüyünü vurğulayıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR