Fransa jurnalı Türkiyədəki zəlzələni ələ saldı – türk vətəndaşlar qəzəbləndi

Fransa jurnalı Türkiyədəki zəlzələni ələ saldı – türk vətəndaşlar qəzəbləndi
DÜNYA
12:21 07.02.2023
309

Fransanın "Charlie Hebdo” jurnalı Türkiyənin 10 şəhərini yerlə-yeksan edən zəlzələni ələ salıb.

Daha əvvəl müsəlmanların inanclarını təhqir edən karikaturalar dərc edən Fransanın "Charlie Hebdo” jurnalı Türkiyənin 10 vilayətini yerlə-yeksan edən, minlərlə insanın həyatını itirdiyi zəlzələləri ələ salıb. Jurnalın dərc etdiyi karikaturada xaraba binalar çəkilib və üzərində "Tank göndərməyə ehtiyac yoxdur” yazılıb.

AZXEBER.COM xəbər verir ki, sözügedən paylaşım sosial mediada böyük əks-səda doğurub. İstifadəçilər həmin paylaşıma "insanlığınız hanı?", - kimi şərhlər yazıb.

Episentri Kahramanmaraş olan 7,7 və 7,6 bal gücündə zəlzələlər Türkiyə və Suriyanın 10 şəhərində minlərlə insanın ölümünə səbəb olub. Türkiyə bütün qurumlarının və ictimaiyyətinin dəstəyi ilə zəlzələ üçün səfərbər olarkən dünyanın hər yerindən dəstək mesajları yağır.

Lakin belə bir vaxtda Fransanın "Charlie Hebdo” jurnalında belə bir karikaturanın çəkilməsi və üzərinə ələ salırmış kimi yazı yazmaları birmənalı qarşılanmayıb.

Paylaşımdan sonra bir çox sosial media istifadəçisi sözügedən tvitin altına şərh yazıb. Vətəndaşlar çəkilən şəkilə etiraz ediblər.

Ayşən

 

OXŞAR XƏBƏRLƏR