Fransanın "Marsel" klubu baş məşqçisi Cennaro Qattuzo ilə yollarını ayırıb.
Bu barədə insayder Fabritsio Romano "X” sosial şəbəkəsindəki hesabında yazıb.
Mütəxəssisin müqaviləsi vaxtından əvvəl ləğv edilib. Komanda ötən gün Liqa 1-in XXII turunda "Brest"ə uduzub - 0:1.
Qeyd edək ki, Cennaro Qattuzo 2023-cü ilin sentyabrından "Marsel"də işləyib.