Fransa klubu məşhur baş məşqçini istefaya göndərir

İDMAN
18:51 30.01.2025
215
Fransanın "Renn" komandası baş məşqçisi Xorxe Sampaolini istefaya göndərmək qərarına gəlib.

Bu barədə ölkənin məşhur "Lequipe" nəşri məlumat yayıb.

Artıq 64 yaşlı argentinalı mütəxəssislə bağlı qərar verilib və bunun yaxın vaxtlarda rəsmən açıqlanacağı yazılıb.

Qeyd edək ki, Xorxe Sampaoli 2024-cü il noyabrın 12-də baş məşqçi təyin olunub. Komanda hazırda Liqa 1-də 17 xalla 16-cı pillədə qərarlaşıb.

OXŞAR XƏBƏRLƏR