Fransa Liqa 2-də "Keviyi Ruan"la oyun zamanı "Oser" klubunun iki futbolçusu bir-biri ilə dalaşıb.
80-ci dəqiqədə "Keviyi Ruan" hücumda olduğu vaxt "Oser"in müdafiəçisi Pyer-İv Poloma topu almaq əvəzinə komanda yoldaşı Mikael Baretto ilə dalaşmağa başlayıb. Tərəflər onları ayıranadək bir-birilərinə zərbələr də endiriblər.
Bu epizodla əlaqədar baş hakim Paloma və Barettoya qırmızı vərəqə göstərib.
Qeyd edək ki, görüş "Keviyi Ruan"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hazırda 11-ci pillədə gedən "Oser" növbəti turda "Bur-an-Bress"lə qarşılaşacaq.
///report.az