"Mançester Yunayted”in sabiq hücumçusu Antoni Marsial karyerasını Meksikada davam etdirəcək.
AZXEBER.COM xəbər verir ki, hazırda AEK-də çıxış edən 29 yaşlı fransız futbolçunun "Monterrey”ə transferi ilə bağlı razılıq əldə olunub. Marsial yaxın günlərdə Meksikaya gedərək tibbi müayinədən keçəcək və rəsmi sözləşməyə imza atacaq.
Qeyd edək ki, "Monterrey”in heyətində ispan müdafiəçi Serxio Ramos da çıxış edir.