Fransa millisinin üzvü futboldan 4 illik uzaqlaşdırıla bilər

İDMAN
18:54 07.12.2023
217
Fransa millisinin yarımmüdafiəçisi Pol Poqba futboldan 4 illik uzaqlaşdırıla bilər.

İtaliya Milli Antidopinq Prokurorluğu "Yuventus” klubunun üzvünün cəzalandırılmasını tələb edib.

Müvəqqəti futboldan uzaqlaşdırılan ulduz futbolçunun avqustun 20-də testosteron üçün dopinq testi müsbət nəticələnmişdi. Təkrar test də ilkin nəticəni təsdiqləmişdi.

Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçinin "Yuventus”la müqaviləsinin müddəti 2026-cı ilə qədərdir.
 
///report

OXŞAR XƏBƏRLƏR