Fransa millisinin yarımmüdafiəçisi Pol Poqba futboldan 4 illik uzaqlaşdırıla bilər.
İtaliya Milli Antidopinq Prokurorluğu "Yuventus” klubunun üzvünün cəzalandırılmasını tələb edib.
Müvəqqəti futboldan uzaqlaşdırılan ulduz futbolçunun avqustun 20-də testosteron üçün dopinq testi müsbət nəticələnmişdi. Təkrar test də ilkin nəticəni təsdiqləmişdi.
Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçinin "Yuventus”la müqaviləsinin müddəti 2026-cı ilə qədərdir.
///report