Fransa Pavel Durovun qardaşını da axtarışa verdi

DÜNYA
16:49 28.08.2024
148
"Telegram"ın həmtəsisçisi Pavel Durovun qardaşı Nikolay Durov Fransada axtarışa verilib.

Bu barədə Avropa nəşri Politico məhkəmə sənədinə istinad edərək məlumat yayıb.

Qeyd olunur ki, Pavel və Nikolaya qarşı həbs qərarları 25 martda azyaşlıların pornoqrafik görüntülərinin təşkil edilmiş qrup şəklində saxlanması, yayılması və ya onlara çıxış imkanı verilməsi ittihamı ilə verilib.
OXŞAR XƏBƏRLƏR