Fransada iyunun 27-də Nael M.-nin polis gülləsi ilə öldürülməsinin ardınca baş verən hadisələrdə gəncə zorakılıq tətbiq etdiyi üçün 7 polis məmuru saxlanılıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Fransada Naelin öldürülməsindən sonra iyulun 2-də Marseldə keçirilən etiraz aksiyası zamanı 7 polis məmuru saxlanılıb, biri isə sonradan sərbəst buraxılıb.
Zorakılığa məruz qalan 22 yaşlı Hedi istintaq çərçivəsində verdiyi ifadəsində hadisə baş verən gün onun başına rezin güllə dəydiyini və polisin onu döydüyünü bildirib.
Hadisədən sonra xəstəxanaya yerləşdirilən Hedi komaya düşüb və bir neçə saat sonra oyanıb.
Qeyd edək ki, Fransada polisin açdığı atəş nəticəsində həyatını itirən Naelin ölümünə reaksiya verənlər ölkənin müxtəlif şəhərlərində küçələrə çıxıb və polislə qarşıdurma yaşanıb.
Gülay