Fransa polisi sinaqoqu yandırmağa cəhd edən şəxsi güllələyib

Fransa polisi sinaqoqu yandırmağa cəhd edən şəxsi güllələyib
DÜNYA
18:37 17.05.2024
166
Fransa polisi ölkənin şimalında yerləşən Ruan şəhərində sinaqoqu yandırmağa cəhd edən şəxsi güllələyib.

Bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen "X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

"Ruanda polis bu gün səhər tezdən şəhər sinaqoqunu yandırmağı planlaşdıran silahlı şəxsi zərərsizləşdirib”, - o qeyd edib.

"Le Parisien” qəzetinin polisdəki mənbəyə istinadən verdiyi məlumata görə, həmin şəxs bıçaq və dəmirdən olan çubuqla silahlanmışdı. O, polislərə yaxınlaşmaq istəyəndə onlar xidməti silahdan atəş açıblar.
 
///report
OXŞAR XƏBƏRLƏR