Fransa Qarabağ erməniləri üçün 1 milyon avro ayırıb.
AZXEBER.COM xəbər verir ki, Ermənistanın ehtiyaclarını ödəmək üçün Ümumdünya Ərzaq Proqramına köçürülməsi planlaşdırılan məbləğ açıqlanıb.
Qarabağın azad edilməsindən sonra Paris administrasiyası bölgəni tərk edən ermənilərə yardım edib.
Fransanın xarici işlər naziri Ketrin Kolonnanın tapşırığına əsasən, Ermənistanın ehtiyaclarını ödəmək üçün Ümumdünya Ərzaq Proqramına (ÜƏP) 1 milyon avro köçürülməsi qərara alınıb.
Mövzu ilə bağlı açıqlamanı Fransanın Ermənistandakı səfiri Olivier Decottignies verib. Səfir sosial media hesabındakı paylaşımında yazıb:
"Fransa Dağlıq Qarabağdan 100 min erməninin köçündən sonra Ermənistanın ehtiyaclarını ödəmək üçün Ümumdünya Ərzaq Proqramına 1 milyon avro yardım edir. Fransadan 1 milyon avroluq töhfəni elan etməkdən qürur duyuruq".
Qeyd olunub ki, bu qərar ÜƏP-nin icraçı direktoru Sindi Makkeyn ilə Fransanın xarici işlər naziri Kolonna arasında Nyu-Yorkda keçirilən görüşdə qəbul edilib.
Ayşən