“Fransa senatının Azərbaycan əleyhinə qətnaməsində reallıqlar tamamilə təhrif olunub”

“Fransa senatının Azərbaycan əleyhinə qətnaməsində reallıqlar tamamilə təhrif olunub”
SOSİAL
23:34 15.11.2022
166
"Fransa senatının Azərbaycan əleyhinə qətnaməsində əsassız və məntiqsizdir, həmçinin bu sənəddə reallıqlar tamamilə təhrif olunub”.

Bu fikirləri "Report”a açıqlamasında Azərbaycan-Fransa Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov deyib.

Deputat 44 günlük müharibənin gedişi və sonrakı dövrdə Fransanın Cənubi Qafqazla bağlı siyasətində ikili standartların açıq təzahürünün müşahidə olunduğunu xatırladıb.

Qeyd edib ki, Azərbaycan Fransa ilə əlaqələrə həmişə xüsusi önəm verib. Lakin təəssüf ki, indiyə qədər baş vermiş bir çox hadisələr Azərbaycan cəmiyyətində Fransaya etimadı tamamilə sarsıdıb: "Bir tərəfdən, Fransa hökuməti, dövlət rəhbərliyi Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində fəal iştirak etmək niyyətini bəyan edir. Digər tərəfdən, bu ölkənin parlamentində Azərbaycan əleyhinə sənədlər qəbul olunur. Fransanın bəzi dövlət rəsmiləri Azərbaycanla bağlı heç bir əsası olmayan ittihamlarla çıxış edir. Ona görə də düşünürəm ki, Fransa ilə münasibətlərdə qarşı tərəfin davranışlarına adekvat addımlar atmağın zamanı çatıb”.

S.Məmmədov qeyd edib ki, Əlcəzairdə törədilmiş soyqırımı ilə bağlı məsələyə bu günə qədər Fransada rəsmi səviyyədə obyektiv hüquqi-siyasi qiymət verilməyib.

"Halbuki, təkcə 1945-ci ildə Setif şəhərində 45 min əlcəzairli öldürülüb. Ümumilikdə isə 1,5 milyon insan Fransanın həyata keçirdiyi zorakı əməliyyatlar, qeyri-mütənasib güc tətbiqi nəticəsində məhv edilib. Fransa tərəfindən irqçi, diskriminativ qanunlar tətbiq edilərək, əlcəzairlilər "Fransanın ərəb Müsəlmanları" adlandırılıb, əhali torpaq və mülklərindən məhrum edilib. Lakin indi biz qəbul edilən qətnamə layihəsində "İrqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyayaya istinad görürük. Bu Konvensiyanı kobud şəkildə pozmuş bir ölkənin başqa bir ölkəyə heç bir əsası olmadan irqi ayrı-seçkiliklə bağlı ittiham irəli sürməsi sadəcə təəccüb doğurur”.

Millət vəkili bildirib ki, Azərbaycan dəfələrlə Fransa siyasətçilərinə, parlament üzvlərinə Cənubi Qafqazla bağlı məsələlərdə ədalətli, beynəlxalq hüquqa əsaslanan mövqedən çıxış etməklə bağlı çağırışlar edib. Lakin Fransa Senatının qəbul etdiyi son qətnamə bu ölkənin öz ənənəvi siyasətini dəyişmək niyyətində olmadığını təsdiq edir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Toyu olacaqdı, bəylik kostyumu evdə qaldı" - Məsciddə öldürülən gənclə bağlı təfərrüatlar
15:40 28.07.2025
"Toyu olacaqdı, bəylik kostyumu evdə qaldı" - Məsciddə öldürülən gənclə bağlı təfərrüatlar
Sabah yağış yağacaq, şimşək çaxacaq
15:31 28.07.2025
Sabah yağış yağacaq, şimşək çaxacaq
Rusiya: Ukrayna probleminin həllində göstərdiyi təşəbbüslərə görə Türkiyəyə minnətdarıq.
15:29 28.07.2025
Rusiya: Ukrayna probleminin həllində göstərdiyi təşəbbüslərə görə Türkiyəyə minnətdarıq.
Milli Qəhrəmanın qardaşı: Anam son nəfəsində Natiqin yanına gedəcəyini dedi
15:18 28.07.2025
Milli Qəhrəmanın qardaşı: Anam son nəfəsində Natiqin yanına gedəcəyini dedi
DİN əməliyyat keçirib, 24 kiloqram natrkotik aşkarlanıb
15:14 28.07.2025
DİN əməliyyat keçirib, 24 kiloqram natrkotik aşkarlanıb
Elçin "SYD"ni təqdim etdi - VİDEO
15:05 28.07.2025
Elçin "SYD"ni təqdim etdi - VİDEO
"Əri ola-ola başqa kişilərin hesabına irəliləyən məşhurlardan fərqli olaraq..." - Tolik Nigari müdafiə etdi
15:03 28.07.2025
"Əri ola-ola başqa kişilərin hesabına irəliləyən məşhurlardan fərqli olaraq..." - Tolik Nigari müdafiə etdi
Sosial ödəniş alanlara şad xəbər
14:52 28.07.2025
Sosial ödəniş alanlara şad xəbər
Yevlaxda 63 yaşlı kişi həmkəndlisini qətlə yetirdi
14:48 28.07.2025
Yevlaxda 63 yaşlı kişi həmkəndlisini qətlə yetirdi
"Hicab taxıb, bədənşəkilləndirmə etmək də günahdır" - Nigardan Fərqanəyə şok sözlər
14:48 28.07.2025
"Hicab taxıb, bədənşəkilləndirmə etmək də günahdır" - Nigardan Fərqanəyə şok sözlər
Prezident sabit aylıq tariflə bağlı dəyişikliyi təsdiqlədi
14:47 28.07.2025
Prezident sabit aylıq tariflə bağlı dəyişikliyi təsdiqlədi
Binəqədidə bir həftədir ki, asfaltın altından su çıxır, sakinlər narahatdır - VİDEO
14:22 28.07.2025
Binəqədidə bir həftədir ki, asfaltın altından su çıxır, sakinlər narahatdır - VİDEO
Yol polisi motosiklet, velosiped və skuter sürücülərinə çağırış etdi
14:05 28.07.2025
Yol polisi motosiklet, velosiped və skuter sürücülərinə çağırış etdi
Timberleykin Bakı konsertində nə qədər insan iştirak edib? - AÇIQLAMA
14:00 28.07.2025
Timberleykin Bakı konsertində nə qədər insan iştirak edib? - AÇIQLAMA
Dünyanın ən təhlükəsiz 10 ölkəsi - SİYAHI
13:56 28.07.2025
Dünyanın ən təhlükəsiz 10 ölkəsi - SİYAHI
Onlara da hərbi xidmətdən möhlət hüququ veriləcək
13:53 28.07.2025
Onlara da hərbi xidmətdən möhlət hüququ veriləcək