Fransa tarixində ilk: 34 yaşlı şəxs baş nazir oldu

Fransa tarixində ilk: 34 yaşlı şəxs baş nazir oldu
DÜNYA
15:52 09.01.2024
158
Fransada 34 yaşlı təhsil və gənclər naziri Qabriel Attal ölkənin ən gənc baş naziri olacaq.
    
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron Qabriel Attalı baş nazir təyin edib.

BFM televiziyası baş nazir postunda dünən istefa verən Elisabeth Borne-nin yerinə Makrona yaxın bir ad olan Attalın keçəcəyini açıqlayıb.

Yelisey sarayının gün ərzində təyinat xəbərini rəsmən açıqlayacağı bildirilib.

2022-ci ildə Jean Castex-in istefasından sonra boş qalan baş nazir vəzifəsinə təyin olunan Elizabet Borne dünən vəzifəsini tərk etdiyini açıqlayıb.
 
Bornenin istefası pensiya sistemi və miqrasiya qanunları ilə bağlı müzakirələrdən sonra baş verib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR