Fransa Ukrayna üçün çoxillik mülki yardım paketi üzərində işləyir

Fransa Ukrayna üçün çoxillik mülki yardım paketi üzərində işləyir
DÜNYA
19:52 21.06.2023
215
Ukrayna Rusiyanı məğlub edəcək. Zaman gələcək müharibə bitəcək və Ukrayna güclü, suveren, həmrəy və demokratik ölkə kimi Avro-Atlantik dünyada, Avropa İttifaqında lövbər salacaq.

Bu barədə Fransa XİN rəhbəri Katrin Kolonna Londonda Ukraynanın bərpası ilə bağlı konfransda çıxışı zamanı bildirib.

"Biz bilirik ki, bu zaman hələ gəlməyib, müharibə davam edir. Rusiya rəhbərliyi Ukraynanın suveren, müstəqil ölkə kimi mövcudluğunu inkar edir, Rusiya əsgərləri qeyr-qanuni olaraq Ukrayna torpaqlarını işğal edir, biz hamımız Ukraynanı hərbi cəhətdən dəstəkləməyə, onun ehtiyaclarını vaxtında qarşılamağa fokuslanmışıq. Fransa olaraq Ukraynaya hərbi dəstək vermişik, veririk və verməyə davam edəcəyik. Ukraynanın bərpasına dəstək verərək biz Putinə mesaj göndəririk: lazım olduğu müddətcə burada - Ukraynanın yanında - olmağa davam edəcəyik. Bu, Rusiya üçün siqnal olacaq ki, o bu müharibədə dalana dirənib və təcavüzünə son verməlidir”, - fransalı nazir qeyd edib.

O diqqətə çatdırıb ki, Fransa Ukrayna üçün çoxillik mülki yardım paketi üzərində işləyir: "Bu paket humanitar, stabilləşmə, iqtisadi və maliyyə dəstəyini əhatə edəcək. Çox şadam ki, bu dəstəyin çox hissəsi qrantlardan ibarət olacaq. Həmçinin Fransa XİN 40 milyon ianə edəcək. Bu maliyyə fundamental infrastrukturun bərpası üçün istifadə olunacaq. Fransanın özəl sektorunun Ukraynaya investisiya qoymasını təşviq etmək üçün də konkret addımlar atılacaq”.
 
///Apa
OXŞAR XƏBƏRLƏR