Fransa Ukraynaya əlavə texniki vasitələr tədarük edəcək

Fransa Ukraynaya əlavə texniki vasitələr tədarük edəcək
DÜNYA
19:55 12.07.2023
198
Ukrayna Prezidenti Volodimir Zelenski Vilnüsdə keçirilən NATO sammiti çərçivəsində fransalı həmkarı Emmanuel Makronla görüşüb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə V.Zelenskinin ofisindən bildirilib.

Zelenski Ukraynaya uzaqmənzilli raketlərin tədarükü ilə bağlı qərara görə E.Makrona təşəkkür edib.

Görüş zamanı Fransa lideri həmkarına Ukraynanın minalardan təmizlənməsi üçün əlavə vasitələrin veriləcəyini bildirib.

OXŞAR XƏBƏRLƏR