Fransa və İspaniyaya Aİ-dən yanğın dəstəyi

Fransa və İspaniyaya Aİ-dən yanğın dəstəyi
DÜNYA
15:23 27.07.2026
268
Avropa İttifaqı (Aİ) Fransada və İspaniyada davam edən meşə yanğınları ilə mübarizə çərçivəsində hava və quru dəstəyi göstərildiyini açıqlayıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Avropa Komissiyasının açıqlamasında iki ölkədə baş verən yanğınların Avropada son illərin ən böyük təxliyə əməliyyatlarından birinə səbəb olduğu bildirilib. Qeyd olunub ki, 300 mindən çox insan yaşayış yerindən təxliyə edilib.

Fransaya Çexiya, Xorvatiya, Almaniya, Portuqaliya, Slovakiya, İsveç və Türkiyədən 7 təyyarə və 4 helikopter göndərilib. Bu təyyarələrin əksəriyyətinin "rescEU” yanğınsöndürmə donanmasının tərkibində olduğu bildirilib.

İspaniyaya isə Yunanıstan, İtaliya və Türkiyədən 6 təyyarə göndərilib. Portuqaliyadan 134 yanğınsöndürən və 41 texnikanın da bölgəyə cəlb edildiyi açıqlanıb.

Aİ-nin "Copernicus” peyk xidməti də yanğınlarla mübarizəni dəstəkləmək üçün təcili xəritələr təqdim edir.

Avropa Komissiyası Fransa və İspaniya rəsmiləri ilə əlaqədə olduğunu və əlavə dəstək imkanlarını qiymətləndirdiyini bildirib.

Qeyd edək ki, bir ölkə Aİ Mülki Müdafiə Mexanizmi çərçivəsində yardım istədikdə, müraciət mexanizmə qoşulan 37 ölkəyə göndərilir. Bu ölkələr imkanları daxilində təyyarə, helikopter, yanğınsöndürən qrupları, texnika və ekspert dəstəyi göstərə bilirlər.

Tarixinin ən böyük yanğın mövsümlərindən birini yaşayan Fransada ilin əvvəlindən indiyədək 98 min hektardan çox ərazi yanıb. Gironde, Landes və Var vilayətlərində günlərdir davam edən yanğınlar hələ də nəzarət altına alınmayıb.

İspaniyanın Avila bölgəsində isə meşə yanğınlarından zərər çəkən yaşayış məntəqələrində təxliyə işləri davam edir.

Xatırladaq ki, Türkiyə də İspaniyanın meşə yanğınları ilə mübarizəsinə dəstək məqsədilə 2 yanğınsöndürmə təyyarəsi göndərib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan səhiyyəsi beynəlxalq tədbirdə mükafat qazandı - FOTOLAR
17:46 27.07.2026
Azərbaycan səhiyyəsi beynəlxalq tədbirdə mükafat qazandı - FOTOLAR
Marsol Group-un işgüzar Naxçıvan səfəri başa çatdı - FOTOLAR
17:44 27.07.2026
Marsol Group-un işgüzar Naxçıvan səfəri başa çatdı - FOTOLAR
Bərdə xəstəxanasında yayılan görüntülər gündəm oldu – TƏBİB-dən açıqlama
17:34 27.07.2026
Bərdə xəstəxanasında yayılan görüntülər gündəm oldu – TƏBİB-dən açıqlama
İş saatları neçə saat olmalıdır? - "Həftənin günləri azalsa, daha yaxşı olar" – VİDEOSORĞU
16:58 27.07.2026
İş saatları neçə saat olmalıdır? - "Həftənin günləri azalsa, daha yaxşı olar" – VİDEOSORĞU
İnsan niyə daim daha artığını axtarır? – Psixoloqdan açıqlama
16:55 27.07.2026
İnsan niyə daim daha artığını axtarır? – Psixoloqdan açıqlama
MEDİA: "Səhər" və "Mehr"in Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir
16:39 27.07.2026
MEDİA: "Səhər" və "Mehr"in Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
16:29 27.07.2026
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
Hövsanda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, 1-i boğuldu
16:18 27.07.2026
Hövsanda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, 1-i boğuldu
Kartını itirənlər üçün vacib sual: Çiplə kartı tapmaq olarmı?
16:13 27.07.2026
Kartını itirənlər üçün vacib sual: Çiplə kartı tapmaq olarmı?
Küləkli hava nə vaxta qədər davam edəcək?
16:06 27.07.2026
Küləkli hava nə vaxta qədər davam edəcək?
Bakıda ilanların sayında kütləvi artım – Səbəbi açıqlandı
15:50 27.07.2026
Bakıda ilanların sayında kütləvi artım – Səbəbi açıqlandı
Fransa və İspaniyaya Aİ-dən yanğın dəstəyi
15:23 27.07.2026
Fransa və İspaniyaya Aİ-dən yanğın dəstəyi
Güclü küləyin görünməyən təhlükələri: Evdə və küçədə nələrə diqqət etməliyik?
15:13 27.07.2026
Güclü küləyin görünməyən təhlükələri: Evdə və küçədə nələrə diqqət etməliyik?
Fransada meşə yanğınları: 4 vilayətdə hava keyfiyyəti həyəcan səviyyəsinə düşdü
15:08 27.07.2026
Fransada meşə yanğınları: 4 vilayətdə hava keyfiyyəti həyəcan səviyyəsinə düşdü
Azərbaycanda atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı
15:03 27.07.2026
Azərbaycanda atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı
"Bolt" sürücüsündən sərnişinə qeyri-etik hərəkət - VİDEO
14:53 27.07.2026
"Bolt" sürücüsündən sərnişinə qeyri-etik hərəkət - VİDEO