Fransanın Baş naziri Qabriel Attal etirazları yatırmaq üçün Yeni Kaledoniyaya əlavə 1000 jandarm göndərilməsi barədə qərarını açıqlayıb.
O, bu barədə Müdafiə Şurasının iclasından sonra bildirib.
"Əraziyə əlavə min jandarm göndəriləcək”, - deyən baş nazir əlavə edib ki, Yeni Kaledoniya ərazisində artıq 1,7 minə yaxın hüquq-mühafizə orqanı əməkdaşı var.
Onun sözlərinə görə, vəziyyət son dərəcə gərgin olaraq qalır.