Fransada 400-dən çox nümayişçi saxlanıldı - 45 min polis cəlb edildi

Fransada 400-dən çox nümayişçi saxlanıldı - 45 min polis cəlb edildi
DÜNYA
10:47 02.07.2023
162
Fransa polisi gecə 427 iğtişaşçını saxlayıb.

Bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanin özünün "Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, ötən gecə olduğu kimi, bu gecə də ölkədə 45 min polis və jandarm öz vəzifəsini yerinə yetirib.
Qeyd edək ki, iyunun 27-də Nanter şəhərində polis əməkdaşının yol hərəkətinə nəzarət zamanı 17 yaşlı əlcəzairli sürücünü güllələyərək öldürməsi ölkədə kütləvi narazılığa səbəb olub.
OXŞAR XƏBƏRLƏR