Fransada abort üçün konstitusiya müdafiəsini nəzərdə tutan qanun layihəsi qəbul edilib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Fransada abortu konstitusiya baxımından təmin edən qanun layihəsini Milli Assambleyada keçirilən səsvermədə deputatların əksəriyyəti təsdiqləyib.
Abort hüququnun Fransa Konstitusiyasına daxil edilməsi ilə bağlı tək maddəlik qanun layihəsi Milli Məclisdə mərkəz və sol partiyaların səsləri ilə qəbul edilib. Abort hüququna konstitusiya təminatı verən qanun layihəsi parlamentdə 30 əleyhinə 493 səslə qəbul edilib.
Qanun layihəsinin fevralın 28-də parlamentin yuxarı palatası olan Senatda müzakirəyə çıxarılacağı gözlənilir.
Sağçıların çoxluq təşkil etdiyi Senatda qanun layihəsi ilə bağlı danışıqların çətin keçə biləcəyi bildirilir.
Qeyd edək ki, Fransada qadınlar qanuni olaraq hamiləliyin 14-cü həftəsinə qədər abort edə bilərlər. Qanun layihəsi parlamentdən keçərsə, Fransa abort hüququnu konstitusiya ilə təmin edən ilk ölkə olacaq.
Nəzrin