Fransada bıçaqlı şəxs metroda insanlara hücum etdi: ölən və yaralananlar var

Fransada bıçaqlı şəxs metroda insanlara hücum etdi: ölən və yaralananlar var
DÜNYA
17:13 01.10.2017
2324
Fransada bıçaqlı şəxs metroda insanlara hücum edib.

APA-nın "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, hadisə Marsel şəhərində baş verib.

Həmin şəxs qarşısına çıxan insanlara bıçaqla zərbə endirib. Bir neçə nəfər bıçaq yarası alıb, 2 nəfər isə bıçaq yarasından ölüb. Polis atəş açaraq cinayətkarı öldürüb.

Fransa daxili işlər naziri Jerar Kollon hadisə ilə əlaqədar Marselə yollanıb.
OXŞAR XƏBƏRLƏR