Fransada bir gündə 28 min insan koronavirusa yoluxdu

Fransada bir gündə 28 min insan koronavirusa yoluxdu
DÜNYA
15:00 18.08.2021
708
Fransada son 24 saat ərzində 28 min 114 COVİD-19-a yoluxma faktı qeydə alınıb.
 
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Fransa Səhiyyə Nazirliyinin açıqladığı məlumata görə, son 24 saat ərzində COVİD-19 diaqnozu qoyulanların sayı 28 min 114 artaraq 6 milyon 504 min 978-ə yüksəlib.
 
Son 24saatda 111 ölümlə ölənlərin sayı 112.943-ə yüksəlib. Səhiyyə Nazirliyinin paylaşdığı məlumata görə, 27 dekabr 2020-ci ildən bu yana COVİD-19 peyvəndinin ilk dozasını alan insanların sayı 46 milyon 714 min 974-ə çatıb və 39 milyon 789 min 184 nəfərə ikinci peyvənd vurulub.
 
Ümumi olaraq Fransada 82 milyon 58 mindən çox peyvənd vurulub.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR