Musiqi istedad məhsulu olsa da, musiqiçinin ixtisaslaşması olduqca vacib məqamdır. Azərbaycanda adının əvvəlinə DJ sözünü əlavə edən xeyli adam olsa da, ölkədə DJ-lik sahəsində təhsil olmadığından onların hansının işində professional olduğunu ayırd etmək çətindir. Qonağımız isə Fransa da DJ-lik təhsili alan Rüstəm Cəbrayılovdur. Onunla əsl DJ obrazı, DJ-lik haqqında danışdıq.
- Rüstəm Cəbrayılov kimdir? Oxucularımıza özünüz haqda məlumat verərdiz...
- 1990-cı ilin 27 avqustunda Bakı şəhərində anadan olmuşam. 1997-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə daxil olub orda 9 il oxuduqdan sonra İncəsənət gimnaziyasına getdim. Uşaqlıqdan musiqiyə həvəsim vardı. Musiqiylə yanaşı bir arzumda vardı, pilot olacaqdım. Gimnaziyanı bitirdikdən sonra Aviasiya Akademiyasına sənədlərimi verdim, amma qəbul olmadım. Bundan sonra Fransaya getməyi qərarlaşdırdım.
- Niyə pilot olmadınız?
- Pilot olmaq üçün bir dəfə cəhd etdim alınmadı. Bundan sonra həvəsdən düşdüm.
- Azərbaycanda bəzi gənclər adlarının qarşısına DJ sözünü əlavə edir, özlərini DJ adlandırır? Yaxud hər hansısa bir aparatı alır deyir DJ-yəm. Ümumiyyətlə DJ necə olmalıdır, onun hansı alətləri olmalıdır?
- Hər avadanlıq alan DJ olmur. Dj olmaq üçün onun ilk olaraq musiqi duyumu olmalıdır. Hər bir musiqinin, mahnının öz tonu var. Dj məncə musiqiçi olmalıdır, tək dicak olmamalıdır. Hər mahnının tonuna görə uyğunlaşdırmaq lazımdı. Musiqiçi necə notu hiss edirsə Dj-də hər bir trakı hiss edib remiks etməlidir. Bu da hər adamın işi deyil.
Hər pullu adam özünə bir avadanlıq alır deyir Dj-yəm. Ümumiyyətlə bu sahəyə həvəsi olan hər bir adamın ən azı 5 il musiqi təhsili olmalıdır. O müsiqi savadına salfecə ən birinci sinifdən başlamalıdır.Çünkü salfecə məktəb fundamentdi. O fundament olmasa mahnını mahnının üstünə oturtmaq olmaz. Fransada belədir ki, müsiqi təhsilin olmasa səni hər hansı bir kluba getsən belə dj kimi götürməzlər.
- Sizə görə Azərbaycanda DJ varmı, kimi tanıyırsız?
- Bəli var, Mansur, Eldar, Əkbər, Nazim - bunların musiqi savadı olmasa da musiqidən anlayışı var. Hansısa bir proqramda musiqi yaza bilirlər. Bunlara dj adı vermək olar.
- Dj Smaj, David Quetta və bir sıra dj-lər var ki, yeni musiqi tipi yaradırlar. Bizdəsə mahnının orasını-burasını əzməklə özlərini dj adlandırırlar. Buna münasibətiniz?
- Musiqi sitili deyəndə məsələn götürək dj Sneyki, mənim ən çox xoşladıgım dj-dir. 2 il bundan qabaq o yaratdığı musiqinin sitilini ümumiyyətcə dünya qəbul eləmirdi. Ofical musiqi sitili kimi sayılmırdı. O illərcə bir musiqi sitilinin üzərində çalışdı. Axır ki qəbul etdirdi. Dj-likdə yeni musiqi tipi yaratmaq hər adamın fantaziyasına görədi. Dikausla miduskunu götürək, onlar çox yaxın sitildi, amma musiqini yazanda bəstəkar özü fikrindən keçən bir detalı əlavə edir və bu onun öz sitilinə uyğun olur. Hər dj-in, hər bəstəkarın öz sitili var. Bir sözlə hər musiqiçinin fantaziyası olmalıdır.
- Fransada Dj müsabiqəsində qalib olmusunuz. O müsabiqədə maraqlı hadisələr olub olub. Bu barədə danışaq.
- Dj aparatının texnikasını mən bilirdim. Aparatı alıb özüm öyrənmişdim. Qəbulda bu mənə çox kömək oldu. Orda mənə çox çətin idi. Fransız xalqı çox ermənipərəst xalqdır. Mən oxuduğum məktəbdə mənimlə həmyaşıd ermənilər çox idi. Hətta oxuduğum yerdə musiqi təhsili məndən çox üstün olan ermənilər də vardı. Mən oxuduğum kursda 2 erməni vardı. Bir sinifdə oxuyurduq. Təhsil müddəti 4 ay idi. Orda ərəb də vardı, afrikalı da, yunan da. Mən həmişə çalışırdım ki ermənilərdən qabaqda olum. Hər ay test kimi imtahan verirdik. Necə işləyirik, tonu oturda bilirikmi və s. Hər dərsə 50 avro verirdim. Orda əsli alman olan bir müəllim vardı, o mənə təmənasız olaraq çox köməklik edirdi. Diplom almaq məqamındaydım, müsabiqə keçirildi. Hər DJ-yə 15-20 dəqiqə verilirdi. Mən çox çalışdım. Bir Neçə turdan keçdim. Asan olmadı birinci yeri tutmaq. Ermənilər ən çox mübarizəni mənimlə aparırdı. Mən onları gerdidə qoydum. Burada musiqi təhsilim mənə çox kömək oldu.
- Azərbaycanda Dj-liklə məşğul olmaq fikriniz varmı?
- Bəli var.
- Niyə Fransada qalmadınız?
- Fransada məni çox sıxırdılar. Bilirdim ki, orda mən inkişaf edə bilməyəcəm. Yəni qabağa gedə bilməyəcəkdim. Orda özümün gələcəyimi görə bilmədim.
- Dj olaraq fərqli nə edə bilərsiz?
- Bu barədə çox fikirlərim var. Məsələn skripka ilə fərqli bir çalar yaratmaq istəyirəm. Bundan əlavə milli olaraq muğamdan, tardan, kamandan və sazdan istifadə edərək fərqli bir müsiqi tipi yaratmaq istəyirəm. Amma hələ ki, buna maddi imkan yoxdu.
Madiyyatdan əlavə həm də treklərin təmizlənməsi üçün Bakıda studiya problemi var. Bir trek üçün gərək diski Moskvaya göndərəsən, burada da vaxt və pul söhbəti yenə qabarır.
- Azərbaycanda öz auditoriyanızı formalaşdırmısınız? Auditoriya dj üçün nədir?
- Demək olar ki, auditoriyam formalaşıb. Auditoriyayla işləmək dj üçün böyük işdi. Bir zalda dj 1000 nəfəri ayağa qaldıra bilər, əgər istəsə.
- Toylarla yoxsa konsertlə tanınmaq istəyirsiz?
- Yanımda tanınmış adam olsa konsertlə. Amma toya getmək lazımdır. İndiki Dj-lər toylarda özlərini ucuz tuturlar. Təbii ki, hər bir dj-in öz qiyməti var.
- Dj adı gələndə ağlımıza ilk olaraq ÇİNA gəlir? Sizdə necə olur?
- Çina çox yaxşı bir adamdı. Dj-likdə onun təcrübəsi var. Əslində o elə vaxt ortaya çıxdı ki o vaxt meydanda heç kim yox idi. Həm də "Günəbaxan" verilişi onu populyarlaşdırdı. Məncə Dj savadlı bir musiqişünas olmalıdır.
Dursun, AZXEBER.COM