Fransada əyləncə mərkəzinə qumbara atıldı: Xeyli insan yaralandı

DÜNYA
12:18 13.02.2025
129
Fransada əyləncə mərkəzində əl qumbarasının partlaması nəticəsində bir neçə nəfər yaralanıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, faciəvi hadisə Fransanın Qrenobl şəhərində baş verib.
 
Bir şəxsin əyləncə mərkəzində qəfil qumbaranı partlatması nəticəsində 12 nəfər yaralanıb.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yaralılara qısa müddətdə tibbi yardım göstərib, vəziyyəti ağır olanlar isə xəstəxanaya aparılıb.
  
Qeyd edək ki, hadisə ilə əlaqədar araşdırmalara başlanılıb.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR