Yenidən Fransanın baş naziri təyin edilən Sebastyen Lekornyu vəzifəsini uğurla yetirə bilmədiyi təqdirdə istefa verəcəyini istisna etməyib.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə həftəlik "La Tribune Dimanche" məlumat yayıb.
Nəşr Lekornyunun sözlərini sitat gətirib:
"Mən ötən bazar ertəsi hökumət başçısı vəzifəsində işləməyim üçün şərtlər yerinə yetirilmədiyinə görə istefa verdim. Həmin şərtlər yenidən yerinə yetirilməsə, gedəcəyəm. Cəfəngiyyatla məşğul olmaq fikrim yoxdur", - o deyib.
Xatırladaq ki, Lekornyu oktyabrın 6-da istefa verib. O, "missiyasının tamamlandığını" və bu vəzifəyə qayıtmayacağını bildirib. Oktyabrın 10-da Makron Lekornyunu yenidən baş nazir təyin edib.