Fransada işləmək istəyən jurnalistlərin NƏZƏRİNƏ - Vakansiya elan olundu

Fransada işləmək istəyən jurnalistlərin NƏZƏRİNƏ - Vakansiya elan olundu
SOSİAL
18:44 27.01.2024
163

AZƏRTAC Fransa bürosu üzrə müxbir vakansiyası elan edib.

Vakansiyaya müraciət edən şəxslərə verilən tələblər:

- Agentliyi işlədiyi ölkədə təmsil etmək, Azərbaycanla bağlı tədbirlərin işıqlandırılmasını təmin etmək, yerli xəbərləri operativ şəkildə redaksiyaya göndərmək;

- Keyfiyyətli videosüjetlər, fotoinformasiyalar hazırlamaq;

- İşlədiyi ölkənin rəsmi şəxslərindən, tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimlərindən müntəzəm surətdə məxsusi müsahibələr almaq;

- Yerli dövlət qurumları və digər müvafiq təşkilatların mətbuat konfransları və brifinqlərində iştirak etmək, xəbərlər hazırlamaq;

- Yerli qurumların mətbuat xidmətləri ilə əlaqələr qurmaq;

- Müvafiq redaksiyadan əlavə tapşırıqları vaxtında yerinə yetirmək;

Vakansiya üzrə aşağıdakı tələblərə uyğun olan namizədlər müraciət edə bilərlər:

- Ali təhsil və uyğun peşə hazırlığına malik olmalı;

- 25-55 yaş arası olmalı;


- KİV-də müxbir vəzifəsində ən azı 3 il (informasiya agentliyi, onlayn media, TV) iş stajına malik olmalı;

- Fransız dilində sərbəst danışmağı və yazmağı bacarmalı;

- Stresli vəziyyətlərə davamlı olmalı;

- Azərbaycan dilinin qrammatik, leksik və üslub normalarını mükəmməl bilməli;

- Xəbər, reportaj, müsahibə və digər müvafiq informasiya janrlarında yazmağı bacarmalı;

- Müasir İKT vasitələrindən, habelə müvafiq proqram təminatlarından istifadə etməyi bacarmalı;

- Xəbər mənbələri, həmçinin foto və video informasiya ilə işləmək bacarığı olmalı;

- Foto və video çəkiliş üçün rəqəmsal kameralardan istifadə vərdişlərinə malik olmalı;

- Müxbir fəaliyyətinin etik qaydalarını bilməli və onlara riayət etməli;

Namizədlərdən özləri haqqında məlumatı və müəllifi olduğu materiallardan nümunələri 2024-cü il fevralın 10-dək [email protected] ünvanına göndərmələri xahiş olunur. Məktubun "mövzu” bölməsində vakansiya elan edilən ölkənin adını yazmaq xahiş olunur. Tələblərə cavab verən namizədlər müsabiqəyə buraxılacaqlar.

OXŞAR XƏBƏRLƏR