Fransada iğtişaşlar zamanı 3 polis xəsarət alıb

Fransada iğtişaşlar zamanı 3 polis xəsarət alıb
DÜNYA
15:25 09.05.2021
454
Fransanın cənub-şərqindəki Var departamentinin Frejyus kommunasında baş vermiş iğtişaşlar zamanı 3 polis əməkdaşı xəsarət alıb.

AZXEBER.COM TASS-a istinadən xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb.

Bildirilib ki, iğtişaşlar şənbə günündən bazar gününə keçən gecə Qabel bölgəsində baş verib. Qanun pozucuları polisə tərəf müxtəlif əşyalar atıblar.

"Var Matin” qəzetinin yazdığına görə, onlarla gənc bir neçə avtomobili, o cümlədən patrula çıxan maşını yandırıb. Həmçinin motosiklet dükanına da ziyan dəyib.

OXŞAR XƏBƏRLƏR